تبليغاتX
Gelecek Bizimdir
Gelecek Bizimdir
87/01/12
Xan nənə ...  

 

xan nənə hayanda qaldın

belə başıva dolanım

necə mən səni itirdim

da sənin tayın tapılmaz

.........................

sən ölən gün əmmə gəldi

mənı götdu ayrı kəndə

mən uşaq nə anlayaydım

başımı qatıb uşaglar

neçə gün mən orda qaldım

........................

qayıdıb gələndə baxdım

yerivi yığışdırıblar

nə özün və nə yerın var

hanı xan nənəm soruşdum

dedilər ki xan nənəni

aparıblar kərbəlayə

ki şəfasın ordan alsın

səfəri uzun səfərdi

bir iki il çəkər gəlincə

.........................

necə ağlaram yanığlı

neçə gün elə çığırdğm

ki səsim sinəm tutuldi

o mən olmasam yanında

özu heç yerə gedənməz

bu səfər nəolubdı mən siz

özu tək qoyub gedibdir

..........................

hamıdan acıq edərkən

hamıya acıqlı baxdım

sonra başladım ki məndə

gedirəm onun dalınca

........................

dedilər səninki tezdir

imamın məzarı ustə

uşağı aparmaq olmaz

....................

sən oxu quranı tez çıx

sən onu çıxınca bəlkə

gələ xan nənə səfərdən

.......................

tələsik ravanlamaqda

oxurub qurani çıxdım

ki yazım sənə gəl indi

daha çıxmışam qurani

mənə soqat al gələndə

..............................

amma hər kağaz yazanda

ağamın gözü dolardi

səndə ki gəlib çıxmadın

neçə il bu intizarla

günü həftəni sayardım

ta yavaş yavaş göz açdım

anladım ki sən ölübsın

.................

bilə bilməyə hənuzda

ürıyimdə bir itik var

gözüm axtarar həmişə

nə yamandı bu iiklər

.........................

xan nənə canım nolaydı

səni birdə mən tapardım

o ayaqlar üstə birdə

döşənib bir ağlayaydım

qolu həlqə salmış ip tək

o ayağı bağlayaydım

ki daha gedənmiyəydin

.........................

gecələr yatanda səndə

məni göynuva alardın

necə bağrıva basardın

gölun ustə gah salardın

...........................

acı dunyanı atarkən

ikimiz şirin yatardıq

yuxuda lulu atarkən

səni mən bələşdirərdim

gecəli su qızdırarkən

özüvi təmizləyərdin

ginədə məni opərdin

heç məni acıxlamazdın

......................

savaşan mənə kim olsun

sən mənə havar durardın

məni sən anam döyəndə

qapıb aradan çıxardın

...........................

elə istilik o istək

dahı kimsədə olurmu

ürəgim deyir ki yox yox

o dərin səfahı istək 

mənim öz əzizligim tək

sənilə gedib tökündü

............................

xan nənə özün deyirdin

ki sənə beheştdə allah

verəcək nə istəyirsən

bu sözün yadında qalsın

mənə qolunu veribsən

...........................

elə bir günüm olursa

bilisən nə istərəm mən

sözümi durust qulaq ver

sənilə üşaqlıq əhdin

......................

xan nənə aman nolay

bir uşaqlığı tapardım

bir də mən sənə çataydım

sənilən qucaqlaşaydım

sənilən bir ağlaşaydım

yenidən uşaq olurkən

qucağında bir yatardım

elə bir beheşt olursa

dahı mən öz allahımdan

başqa bir şey istəməzdim


   Bayramin 11 ində mən böyük anamı əldən verdim və

 

 indi bərk qaribsamişam.

 

Ayrılıq Ayrılıq Yaman Ayrılıq

 

bilmirəm nə deyim.amma ana san geddənən evimizin

 

işığıda geddi.ey kaş .................

 

ayrılıq gələ bir çarə qıla     neçə gündə bizdən ayrıla

 

RUHU ŞAD OLSUN VƏ YERİ FERDOS

 

 

     



 dostlar dözəmədim ki ap elamiram.çöx çətinirdi